Üç komandanın məşqçisi AFFA-nın “imtahanından kəsildi”

14 Dekabr 2023 18:00 Hadisə 2 050
Üç komandanın məşqçisi AFFA-nın “imtahanından kəsildi”

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “B” kateqoriyalı qapıçı məşqçisi kurslarına yekun vurulub.

Üç nəfər imtahandan kəsilib.

Belə ki, “Sumqayıt”ın əvəzedici komandasında çalışan Seymur Bəydəmirov yaxşı qiymət ala bilməyib.

I Liqada mübarizə aparan “Şamaxı”da yeni işə başlayan Elnar Kərimov da “sinifdə qalıb”.

Region Liqasında debüt edən “Lənkaran”dan Babək Allahverdiyev də müvafiq lisenziyanı ala bilməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti