“Qarabağ”a milyonlarla pul qazandırdı, ilk qolunu belə vurdu - VİDEO+FOTOLAR

7 Fevral 2025 02:10 Hadisə 5 311
“Qarabağ”a milyonlarla pul qazandırdı, ilk qolunu belə vurdu - VİDEO+FOTOLAR

Qış fasiləsində 5 milyon avro təzminat qarşığında “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Quanabara kubokunun 8-ci turunda "Portuquesa" ilə görüşdə fərqlənib.

O, qolu komanda yoldaşının vəfat edən anasına həsr edib

Start heyətdə meydana çıxan forvard 37-ci dəqiqədə hesabı açıb.

Oyun "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Juninyo 73-cü dəqiqədə əvəzlənib.

"Flamenqo" 12 komanda arasında keçirilən Quanbara kubokunda hazırda 13 xalla ilk pillədədir.

2023-cü ilin yayından bu ilin yanvarına qədər "Qarabağ"da oynayan 28 yaşlıı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.





Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır