Tanınmış azərbaycanlı futbol adamının gördüyü işdən ağızdoludu danışdılar - VİDEO

1 Yanvar 2024 23:40 Hadisə 630
Tanınmış azərbaycanlı futbol adamının gördüyü işdən ağızdoludu danışdılar - VİDEO

Bəlli olduğu kimi, tanınmış azərbaycanlı keçmiş futbolçu Zaur Ramazanov bir müddət öncə yeni futbol məktəbi yaradıb.

Vaxtilə millinin və «Xəzər Lənkəran»ın formasını geyinmiş sabiq hücumçunun açdığı məktəb öz adını daşıyır.

«Z.R.» adlanan bu mərkəz Olimpiya növləri üzrə milli yığma komandalar üçün nəzərdə tutulan təlim-məşq kompleksində fəaliyyətə başlayıb.

Bura 5-13 yaşlı uşaqlar üçün nəzərdə tutulub. UEFA-nın A və B kateqoriyalı məşqçiləri onlara futbolun sirlərini öyrədir.

Bir zamanlar millinin formasını geyinmiş Ceyhun Sultanov, Ruslan Abışov və Rahid Əmirquliyev bu məktəbə baş çəkib, uşaqların məşqini izləyib.

Onlar Zaur Ramazanovun ərsəyə gətirdiyi məktəbin üstünlükləri barədə öz fikirlərini bölüşüblər.

Övladlarının idmanın «şah»ı ilə məşğul olmasını istəyənlər bu telefon nömrəsiylə əlaqə saxlaya bilərlər - (055) 452-10-50.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti