Tarixi Azərbaycan klubunun döyülən xanım azarkeşləri istintaqa çağırıldı - VİDEO

1 Yanvar 2024 21:40 Hadisə 561
Tarixi Azərbaycan klubunun döyülən xanım azarkeşləri istintaqa çağırıldı - VİDEO

“Traktor” tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə fəallar özləri məlumat yayıblar.

Çağırışın adıçəkilən fəalların “Traktor” və “Mələvan” komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir.

Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda “Mələvan” komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar.

“Traktor” bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti