“Mançester Siti”nin futbolçusu Cek Qrilişin sevgilisi Saşa Atvud bu il 17 səfər edərək səyahətlərin kraliçasına çevrilib.
Sportinfo.az xəbər verir ki, 16 yaşından bəri İngiltərə millisinin oyunçusu ilə görüşən 27 yaşlı model Saşa bu il üç dəfə Parisə gedib,
Dubay, Marbella, Madrid, Mikonos, Sorrento, Amalfi sahili və Fransanın cənubunda istirahət edib.
Səyahət həvəsi ona hətta Cristiano Ronaldonun sevgilisi, 11 dəfə səyahət edən Corcina Rodrigezin və Ueyn Runinin xanımı Kolini 7 səfərlə geridə qoymağa imkan verib.





