“Mənim belə bir şansım yaransa, gedib Xankəndidə yaşayaram” - VİDEO

29 Dekabr 2023 18:00 Hadisə 694
“Mənim belə bir şansım yaransa, gedib Xankəndidə yaşayaram” - VİDEO

"Xankəndi möhtəşəmdir".

Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Xankəndi səfərindən danışıb.

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – MOİK matçını (1:0) izləmək üçün Qarabağ bölgəsinə yollanmış C.Rzayev xoş təəssüratlarla geri döndüyünü bildirib.

Xankəndidə gördüklərini dilə gətirən aparıcı etiraf eləyib ki, o, böyük məmuniyyət hissi ilə bu şəhərdə yaşamağa hazırdır.

O, stadionda əla atmosferin yarandığını, ölkə rəhbərliyinin gəlişi ilə buranın bayram yerinə döndüyünü söyləyib.

Eyni zamanda, vurğulayıb ki, bu matçın Xankəndində təşkili mühüm ictimai-siyasi mesaj xarakteri daşıyır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti