“Bağışlayın, mən cavab verməliyəm“ - Baş məşqçiyə mətbuat konfransında kim zəng etdi? - VİDEO

28 Dekabr 2023 02:50 Hadisə 690
“Bağışlayın, mən cavab verməliyəm“ - Baş məşqçiyə mətbuat konfransında kim zəng etdi? - VİDEO

Misir Superkubokunun "Future" - "Pyramids" yarımfinal matçından (1:0) sonra təşkil edilən mətbuat konfransında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, birincilərin baş məşqçisi Rikardo Formuzinyo çıxış edən zaman onun telefonuna zəng gəlib.

O, media nümayəndələrinə “Bağışlayın uşaqlar, mən cavab verməliyəm. Bu, Joze Mourinyodur,” - deyən Rikardo telefonu media nümayəndələrin göstərib və zəngə cavab verib.

Onlar arasında danışıq elə də uzun çəkməyib. Joze həmkarını qələbə münasibətilə təbrik edib.

Formuzinyo uzun müddət Mourinyonun köməkçisi kimi çalışıb. "Mançester Yunayted" və "Tottenhem"də fəaliyyətdə olduğu dönəmdə portuqaliyalı mütəxəssisin məşqçilər korpusunda yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti