“Azərbaycan və Ermənistan sülh razılaşması əldə etməyə hazırdır”

27 Dekabr 2023 19:30 Hadisə 438
“Azərbaycan və Ermənistan sülh razılaşması əldə etməyə hazırdır”

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqları dayandırmağa və sülh razılaşması əldə etməyə hazırdırlar".

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov, 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitindəki görüşün riskli olub-olmaması ilə bağlı sualı cavablayıb:

“Hansı qarşı tərəf? “Onlar (liderlər- Red.) sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh sazişinə nail olmağa tam hazır olduqlarını bildirirlər, heç bir risk yoxdur”.

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri sözügedən sammitə qatılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti