Portuqaliya yığmasının baş məşqçisi "Qarabağ"ın gözünü qorxutmaq istədi

27 Dekabr 2023 13:40 Hadisə 4 353
Portuqaliya yığmasının baş məşqçisi "Qarabağ"ın gözünü qorxutmaq istədi

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu komanda barədə müsbət fikirlər səsləndirib.

"Braqa" "Benfika", "Portu", "Sportinq" kimi komandalarla bir sırada olmağa layiqdir. Hesab edirəm ki, son 4 mövsümdə onlar bir klub kimi qəbul edilib və bütün Avropada hörmət sahibi olub" - deyə Martinez bildirib.

O qeyd edib ki, "Braqa"nın baş məşqçisi (Artur Jorje - red.) komandası üçün maraqlı bir mövsüm keçirir:

"Onlar Çempionlar Liqasında "Napoli", "Real" kimi komandalarla oyundan sonra indi Avropa Liqasında yarışacaqlar. Bu, irəliyə doğru addımdır.

Təsnifat mərhələsi və Çempionlar Liqasında çıxış vacib idi. Oradakı nəticələr Portuqaliya futbolunun güclü tərəfinin göstəricisidir".

"Qarabağ"la "Braqa" arasında pley-offun ilk matçı 2024-cü ilin fevralın 15-də Braqada, cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti