“Sevilya”nın müdafiəçisi Serxio Ramos klipə çəkilib.
Sportinfo.az xəbər verir ki, klipdə Ramosun özü də mahnıdan bir parça ifa edib.
İspaniyalı müdafiəçinin bacısı və övladlarının da yer aldığı klip 4 gün ərzində “YouTube”da 1,7 milyon baxış toplayıb.
Serxio Ramos 2011-ci ildə ispan müğənni Kanelitanın klipində də oxuyub.

