Küveyt çempionatında keçirilən “Əl Naser” - “Əl Salmiya” görüşündən sonra qalmaqal yaşanıb.
Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçuları və qarşılaşmanın hakimi arasında dava düşüb.
“Əl Naser” futbolçuları oyun ərzində referinin yanlış qərar verdiyinə görə ona hücum ediblər. Hakim də oyunçuların hücumuna cavab verib.
Nəticədə bu davaya çevrilib. Daha sonra təhlükəsizlik işçiləri aranı sakitləşdirə bilib.
Matç 1:1 hesabı ilə başa çatıb.

