Xəbər verdiyimiz kimi, Gəncə şəhər stadionunda yanğın olub.
Hadisə stadionun tikintisi aparılan ərazinin yaxınlığında, mühafizə konteyneri olan ərazidə baş verib.
Olay yerinə Gəncə Yanağından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub, alov söndürülüb.
İnşaat işçilərinin konteynerində baş verən yanğın elektrik naqillərində qeydə alınan qısaqapanmadan yaranıb.
«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri Sportinfo.az-a bildirib ki, hadisə kiçik sahəni əhatə edib və yanğın qısa müddətdə söndürülüb.
O bildirib ki, dünənki olay hazırda stadionda aparılan yenidənqurma işlərinin gedişinə mənfi təsir göstərməyəcək:
«Söküntü prosesi artıq başa çatıb. Tribunalar və meydança tamamilə sökülüb.
Bildiyimə görə, işlər plan üzrə gedir. Yaxın günlərdə tikintiyə start veriləcək».




