Azərbaycanlı futbolçu qeyri-adi bacarığı ilə 53 min izləyici topladı - VİDEO

25 Dekabr 2023 21:20 Hadisə 1 389
Azərbaycanlı futbolçu qeyri-adi bacarığı ilə 53 min izləyici topladı - VİDEO

“Turan Tovuz”un futbolçusu sosial şəbəkə hesabında izləyicilərinin sevgisini qazanmaqdır.

Lakin futbol paylaşımları ilə yox, təbiətsevərlər üçün hazırladığı videolarla.

Səbayıl Bağırov “instagram”da “nature adam” (təbii adam) adlı səhifə açaraq təbiətin qoynunda hazırladığı ləziz yeməklərlə, dəmlədiyi çaylarla, ağaca, gülə, yaşıl çəmənə göstərdiyi sevgi ilə böyük rəğbət qazanıb.

Bəlkə də əksəriyyət səhifənin sahibinin futbolçu olduğunu bilmir. Çünki əsas məşğuliyyəti top dalınca qaçmaq olan birinin bu cür bacarığa sahib olması əksəriyyətin ağlına gəlməz.

Maraqlı videoları ilə səhifəyə 53 min izləyici toplayan Bağırovun blogerlik bacarığı videolara baxanlar tərəfindən maraqla qarşılanmaqdadır.

Elə bu səbəbdən bəzi videolara 2 milyona qədər baxış olub.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti