Gələcək həyat yoldaşını gecə klubunda tapan məşhur futbolçu - FOTOLAR

24 Dekabr 2023 03:00 Hadisə 1 271
Gələcək həyat yoldaşını gecə klubunda tapan məşhur futbolçu - FOTOLAR

2023-cü il İspaniya milli komandasının üzvü Marko Aseniso üçün maraqlı hadisələrlə yadda qaldı.

O, əvvəlcə “Real”ın heyətində Kral Kubokunu qazandı. Daha sonra Madrid təmsilçisindən ayrıldı.

Futbolçu və klub mövsümün sonunda bitən müqaviləni yeniləmədilər. Beləcə, Asensionun 8 illik “Real” macərası başa çatdı.

Asensio lanza una enigmática frase sobre su futuro tras ganar la Copa del Rey

Yarımmüdafiəçi yay transfer pəncərəsində PSJ-yə keçdi. Fransanın paytaxt klubuna getməzdən əvvəl isə Marko şəxsi həyatında dəyişik etdi. O, uzun illər münasibətdə olduğu sevgilisiylə evləndi. Sandra Qaral ilə Asensionun toyu iyulda baş tutdu.


Ötən ilə yekun vuran Asensio sosial şəbəkələrdə toy mərasimindən video paylaşıb. Cütlük 2019-cu ildə Sandranın ofisiant işlədiyi gecə klubunda tanış olub. Onlar ilk dəfə Serxio Ramos və Pilar Rubionun toyunda birlikdə görünüblər.

29 yaşlı Sandra memarlıq üzrə bakalavr dərəcəsini Madriddəki Texniki Memarlıq Məktəbində alıb. İxtisasca memar və interyer dizayneridir. O, “İnstaqram”da da məşhurdur. Bir sıra moda brendləri ilə əməkdaşlıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti