Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində “Qarabağ” və MOİK arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxış edib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidəki tarixi futbol oyununa Şəhid uşaqlarını və valideynlərini özü ilə aparıb.
Stadionda çıxış edən Prezident şəhid uşaqlarını və ailələrini salamlamağı bütün stadiona təklif edib. Stadion "Şəhidlər ölməz vətən bölünməz" şüarı ilə hayqırıb.
Həmin görüntüləri təqdim edirik:

