Premyer Liqanın 18-ci turunun yarımçıq dayandırlan "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşması (2:1) sabaha qədər ertələnib.
Oyun dekabrın 24-də, saat 12:00-da davam etdiriləcək.
Hər iki klub rəsmilərinin, AFFA və PFL nümayəndələrinin iştirakıyla belə bir qərar qəbul olunub.
Hadisə qarşılaşmanın 81-ci dəqiqəsində baş verib. Tovuzda şiddətli küləyin əsməsi projektoru yerindən qoparıb.
Dəmir konstruksiyalı işıq dirəyi meydanın künc bayrağının üstünə aşlb.
Həmin an orada futbolçuların olmaması ölkə futbolunu bəladan qurtarıb. Azarkeşlər təcili təxliyyə edilib.
SPORTİNFO.AZ

