Beynəlxalq aləmdə idmançıların və klubların hüquqları müəyyən yuridik şirkətlər, vəkillər tərəfindən təmin edilir və qorunur.
Son illər bu praktika MBD ölkələrində də tətbiq olunmağa başlayıb.
Azərbaycana gəldikdə isə bu sahənin pioneri tanınmış hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının, Beynəlxalq İdman Hüquqşunasları Assosiasiyasınına üzvü Elcan Həsənlinin yaratdığı “Hasanli Sport Law Centre” şirkətidir.
2021-ci ildə yaradılan “Hasanli” Sport Law Centre” transfer və müqavilələrin imzalanmasını, həmçinin idmançıların və klubların yerli və beynəlxalq idman qurumlarında maraqlarını təmin edir.
Eləcə də, müqavilələrin bağlanması və ləğv edilməsi, gecikmiş oyunçu ödənişləri, intizam cəzalarının tətbiqi, dopinq və digər sahələrlə bağlı məsləhətlər verir.
Bu yaxınlarda “Gəncə” voleybol klubu ilə “Hasanli” Sport Law Centre arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Birillik anlaşmaya əsasən, “Hasanli” Sport Law Centre “Gəncə”nin hüquqi məsələlərinin həll edilməsində və müqavilələrin tərtib edilməsində yaxından iştirak edəcək.
Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında “Hasanli” Sport Law Centre”nin loqosu yerləşdiriləcək.
SPORTİNFO.AZ

