«Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov Qarabağ bölgəsinə səfər edib. I
I Liqada mübarizə aparan klubun rəhbəri Xankəndi şəhərində keçirilən «Qarabağ» - MOİK matçını (1:0) izləyib.
O, burada bir qrup futbol veteranı ilə bərabər Prezident İlham Əliyevlə görüşüb. Ölkə başçısı qarşılaşmanın fasiləsində futbol adamlarınını qəbul eləyib və Seyidov da onların arasında yer alıb.
Yaşar bəy saytımıza açıqlamasında bu görüşün unudulmaz bir xatirə kimi yaddaşında qalacağını bildirib:
«Mən əvvəllər də bir neçə dəfə cənab Prezidentlə görüşmək fürsəti əldə etmişəm. O, bizimlə çox səmimi görüşdü, söhbət etdi.
Bilirik ki, hörmətli dövlət başçımız böyük futbol azarkeşidir. Biz Xankəndidə bir daha buna əmin olduq.
Artıq əminəm ki, tezliklə Azərbaycanda fubolun yeni inkişaf mərhələsi başlayacaq. Xankəndidə keçirilən bu oyunla həmin mərhələnin əsasının qoyulduğunu düşünürəm».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

