İlham Əliyev Daşaltı kənd məscidində - FOTOLAR

22 Dekabr 2023 21:50 Hadisə 515
İlham Əliyev Daşaltı kənd məscidində - FOTOLAR

Prezident İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir.

Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti