“Hərəsinin özünə görə çətinliyi var, bir-birindən kəskin fərqlənirlər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol üzrə millinin sabiq hücumçusu Rauf Əliyev deyib.
Hazırda minifutbol üzrə ölkə çempionatında “İnter”in formasını geyinən 33 yaşlı forvard “110 metrlik geniş futbol meydanında qol vurmaq çətin idi, yoxsa dar ərazisi olan minifutbolda” sualınnı belə cavablandırıb:
“Məsələn, böyük futbolda mübarizədən sonra topa sahib olmaq, mübarizə aparmaq, daha sərt oynamaq imkanın daha çoxdur.
Böyük futbolda 15-20 saniyəlik qaçışdan sonra pauza verib yorğunluğu çıxarmaq mümkündür. Amma burada tam başqadır.
Minifutbolda dayanmaq şansın yoxdur, 5 saniyə pauza verə bilmirsən. Dayansan, bir də baxırsan ki, rəqib arxandan qaçıb qol vurur”.

