“Yaxşı futbolçunun həm hörməti olur, həm də yaxşı qazanır”

20 Dekabr 2023 21:00 Hadisə 829
“Yaxşı futbolçunun həm hörməti olur, həm də yaxşı qazanır”

“Oğlumun 15 yaşı var, həm dərslərini yaxşı oxuyur, həm də futbola qoymuşam, oynayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəmkir”in yetirməsi Rövşən Əmiraslanov deyib.

Vaxtilə millinin formasını geyinmiş, “İnter”lə (indiki “Şamaxı”) ölkə çempionu olmuş sabiq yarımmüdafiəçi hazırda şəxsi bizneslə məşğuldur.

“O, əhatəndə olan yeniyetmə və gənclərə futbolu məsləhət görürsən, yoxsa ticarəti” sualını belə cavablandırıb:

“Oğlumun potensialı pis deyil. UGİM-dəki tələbələrimə də deyirəm ki, futbol yaxşı sənətdir.

Yaxşı futbolçunun həm hörməti olur, həm dünyagörüşü, həm sağlamlığı, həm də nisbətən yaxşı qazanır. Amma bir şərtlə ki, təhsilə də önəm versin.

Kaxaber Sxadadzenin yaxşı sözü var idi, deyirdi, futbolçunun beyni digər insanların beynindən bir saniyə tez işləyir. Sağlam idmançının sağlam beyni və sağlam ruhu olur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti