Bakıda fəhlənin stadionda yıxılıb öldüyü yerdən FOTOLAR

20 Dekabr 2023 03:50 Hadisə 852
Bakıda fəhlənin stadionda yıxılıb öldüyü yerdən FOTOLAR

Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh olan podratçı ərazidə bərpa işləri aparmaq istəyərkən fəhlələrdən biri yıxılaraq ağır yaralanıb.

Xəstəxanaya çatdırılan 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov orada vəfat edib.

Sportinfo.az xəbər verir ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

“Qafqazinfo”nun əməkdaşı Xəyal Vəlizadənin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti