Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından ikisinin xəstəxanada müalicəsi başa çatıb.
Sportinfo.az xəbər verir ki, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq evə buraxılıb.
Media və marketinq direktoru Sənan Abdullayevin də 2 gün sonra evə buraxılacağı bildirilib.
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi isə davam etdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı yenilik yoxdur.
PFL əməkdaşları dekabrın 16-da qəzaya düşmüşdü.

