“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo, futbol sahəsindəki bütün rekordları qırarkən, sevgilisi, iki övladının anası Corcina Rodrigesi də sevindirməyi unutmur.
Sportinfo.az cütlüyün Mədinə əyalətində yerləşən qədim ərəb vahəsi Əl-Ula şəhərinə gəldiyi haqda məlumat vermişdi.
Ronaldo və Corcina tarixi yerləri ziyarət etdilər, bundan sonra inanılmaz ulduzlu səmaya heyran qalıblar.
“Göy öz gözəlliyi ilə heyrətləndirməkdən əl çəkmir. Bu səyahət zamanı mənə çoxlu ulduzlar bəxş edən Kainata təşəkkür edirəm”, - Corcina İnstaqramda silsilə fotoları olan postun altında yazıb.

