Aygün Kazımova Qarabağda mahnı oxumaq üçün 200 min istəyib?

18 Dekabr 2023 12:50 Hadisə 1 168
Aygün Kazımova Qarabağda mahnı oxumaq üçün 200 min istəyib?

Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb.

Xalq artistinin 45 min manat özünə, 75 min manat səhnə dekoru-işığa, 85 min manat isə heyətinə ödəniş (ümumilikdə təxminən 200 min manat) tələb etdiyi iddia olunub.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb.

Təşkilatçılar iddialara aydınlıq gətirib:

“Həmin konsert proqramında Aygün Kazımova iştirak etməyəcək. Tanınmışlardan Abbas Bağırov və başqaları çıxış edəcək. Digər məsələ haqqında bir söz deyə bilmərik”.

Xalq artisti Aygün Kazımova zənglərə cavab verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti