“Komedixana”nın sonuncu noyabr buraxılışında Azərbaycan futboluna yer verilib.
Daha doğrusu, millimizin İsveç üzərindəki qələbəsinə və Belçika önündəki darmadağına.
Sevilən aktyorlar – Həsrət Həsrətovla Ənvər Abbasovun yer aldığı səhnədə rayondan Bakıya təhsil almağa gələn tələbənin atasının göndərdiyi 10 min manatı yığmamızın oyunları üçün pul qoyuluşu etməsi canlandırılıb.
Büdcəsini zənginləşdirmək istəyən gənc pulun 5 minini Azərbaycan - İsveç qarşılaşmasında qonaqların qələbəsinə mərc edir və uduzur.
Bacısı üçün göndərilən yerdə qalan 5 mini isə Belçika ilə oyunda bizimkilərin xeyrinə yazır. Nəticədə 10 min əldən çıxır.
Aktyorların çıxışı real həyatın acı mənzərəsidir. İndiyə qədər tanıdığımız və tanımadığımız neçə-neçə şagird və tələbə mərc kontorlarının qurbanı olub.
Səhnənin ən maraqlı yeri Ənvərin Emin Mahmudovun ünvanına dedikləridir.
HƏBİB / SPORTİNFO.AZ

