“Liverpul”un skautu “Qarabağ” - “Hakken” oyununda kimi izləyib?

15 Dekabr 2023 13:20 Hadisə 6 106
“Liverpul”un skautu “Qarabağ” - “Hakken” oyununda kimi izləyib?

“Liverpul” klubunun skautu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə oyunu üçün Bakıda olub.

Sportinfo.az-ın “expressen.se” saytına istinadən məlumatına görə, Premyer Liqa komandası “Hakken”in futbolçusu Mamadu Sonkonu canlı izləmək məqsədilə bu addımı atıb.

Start heyətində meydana çıxan 18 yaşlı vinger 82-ci dəqiqədə zədələnərək əvəzlənib.“Barselona” və “Leyptsiq” da Sonkonun keçidində maraqlıdırlar.

“Hakken” rəhbərliyi gənc oyunçusunun satışından minimum 9 milyon avro qazanc götürməyi planlaşdırır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveç təmsilçisi isə hesabına xal yazdıra bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti