“İnter”in ulduzu Lautaro Martinezin cazibədar həyat yoldaşı Aqustina Qandolfo ilə tanış olun.
Martinez kimi Aqustina da Argentinadandır.
29 yaşlı bu xanım məşhur model və reklam simasıdır. Aqustina modelliyə başlamazdan əvvəl həvəskar səviyyədə voleybol oynayıb.

Martinez və Qandolfo 2018-ci ildə Argentinada Mauro İkardi və həyat yoldaşı Vanda Naranın təşkil etdiyi ziyafətdə tanış olublar. Vanda Lautaro ilə modeli şəxsən tanış edib.

Bir müddət sonra onlar görüşməyə başlayıblar. Martinez həmin vaxt vətənində – “Racinq”də çıxış edirdi. Lakin həmin ilin sonunda İtaliyaya köçərək “İnter”lə müqavilə imzaladı. Qandolfo da onunla Avropaya yollandı.
“İnter”in hücumçusu Aqustina ilə 29 may 2023-cü ildə evlənib. Cütlük Komo gölününü sahilində ailəsi və dostlarının iştirakı olmaqla təxminən 120 qonağın qatıldığı toy mərasimi təşkil ediblər. Cütlüyün iki övladı var – qızı Nina (2021) və oğlu Teo (2023).
Heybət










