Bakıda səfərdə olan "Hekken"in (İsveç) futbolçuları bu gün şəhər gəzintisinə çıxıblar.
Sportinfo.az xəbər verir ki, komanda üzvlərinin paytaxt parklarından birindəki gəzintisini əks etdirən şəkil klubun rəsmi sosial şəbəkə hesabında paylaşılıb.

Bundan başqa, "Hekken"in üzvləri oyundan əvvəl qaldıqları otelin konfrans zalında viktorinada da iştirak ediblər. Paylaşılan videoda sual-cavab oyununun qalibinin Martin Foyston (baş məşqçi köməkçisi) olduğu bildirilib.
"Hekken" bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun yerli vaxtla saat 21:45-də başlanacaq.

