Azərbaycanda işi düz gətirmədi, bu ölkədə özünə klub tapdı

13 Dekabr 2023 09:20 Hadisə 789
Azərbaycanda işi düz gətirmədi, bu ölkədə özünə klub tapdı

"Sumqayıt"ın sabiq çalışdırıcısı Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis “Sokol”un baş məşqçisi təyin olunub.

42 yaşlı məşqçi ilə müqavilə imzalandığı açıqlanıb. Aleksey Baqa bu vəzifədə Denis Boyarintsevi əvəzləyib.

"Sokol" hazırda Rusiya birinci liqasında yarışıb. Komanda turnir cədvəlində 20 xalla 16-cıdır.

Baqa "Sumqayıt"dan başqa “Şaxtyor" (Soliqorsk), BATE, “Jalqiris” və “Aktobe”yə də baş məşqçilik edib. O, BATE, "Şaxtyor" və "Jalqiris"ə çempionluq titulu qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti