Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin Livan yığmasındakı işi çox çəkməyib.
Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin müqaviləsi ləğv olunub.
Federasiyanım yaydığı açıqlamada bu barıdı bildirilib “Asiya kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.
Beləliklə, oktyabrda milliyə baş məşqçi təyin edilən Yurçeviç bu komandada cəmi 2 ay işləyib.
Livan yığması Yurçeviçin rəhbərliyi altında 4 oyun keçirib. Komanda yoldaşlıq oyunlarında Monteneqroya (2:3) və Birləşmiş Ərəb Əmirlikləri millisinə (1:2) uduzub.
Dünya çempionatının seçmə mərhhələsində isə Livan millisi Fələstin (0:0) və Banqladeşlə (1:1) heç-heçə edib.
Nikola Yurçeviç 2019-cu ildə - Avro-2020-nin seçmə mərhələsinin oyunları zamanı Azərbaycan millisini çalışdırıb. Həmin vaxt Azərbaycan millisi 10 oyundan 1 xal qazanıb.

