"Busted Coverage"in dünyanın ən seksual idmançısı kimi tanıdığı atlet Alise Şmidt "Instagram"də yeni fotolarını yayımlayıb.
İdmançı ağ dar top və enli qara şalvarda şəkil çəkdirib.
Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda təlim-məşq toplanışında olan almaniyalı idmançı dekabrın günəşli günlərindən həzz aldığını yazıb. Paylaşım 85 mindən çox bəyənmə toplayıb.
2017-ci ildə Şmidt U-20 Avropa çempionatında 4x400 metr məsafəyə estafetdə Almaniya komandasının tərkibində ikinci yeri tutub.
İki il sonra qaçışçı 23 yaşadək atletlərin Avropa çempionatında estafetdə bürünc medal qazanıb.
Heybət





