“Qarabağ”ın yolunu gözləyən stadionunda “Xankəndi” yazıldı! - FOTO

13 Dekabr 2023 01:00 Hadisə 1 115
“Qarabağ”ın yolunu gözləyən stadionunda “Xankəndi” yazıldı! - FOTO

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.

Sportinfo.az xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb.

Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Artıq stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb.

Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti