Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.
Sportinfo.az xəbər verir ki, hadisə uçan dam örtüyünün bərpası zamanı yaşanıb.
İşini yerinə yetirmək üçün dama çıxan fəhlə ehtiyatsızlıqdan yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır.
O, dərhal xəstəxanaya çatdırılıb.
Dekabrın 14-də stadionda Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” - “Hakken” görüşü keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

