Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Ankaragücü” - “Rizespor” matçından (1:3) sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Melerə yumruq zərbəsi endirib.
Nəticədə referi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.
Sportinfo TV-nin aparıcı-eksperti, türk futbolunun ölkəmizdəki “xaç atası” Elçin Cəfərov maraqlı, kəskin fikirlə diqqət çəkib.
O, deyib ki, dünən Türkiyə futbolunda qara gecələrdən biri yaşanıb:
“Təbii ki, “Ankaragücü”nün başqanı Faruk Koca layiqli cəzasını alacaq. Amma problem lap alt qatlardadır.
Super Liqada həftələrdir hakimliklə bağlı çox ciddi səhvlər baş verir. Bir sıra qarşılaşmalarda hakim səhvləri ucbatından komandalar ziyan görüb.
Türkiyə Futbol Federasiyası (TFF) zamanında bunun qarşısını alsaydı, indi belə olaylar yaşanmazdı. Liqalarda oyunların müddətsiz təxirə salınmasıyla problem bitmir.
TFF rəhbərliyi istefa verməlidir. Əsas günahkarlardan biri də onlardır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

