“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hekken” Bakı səfərinə hazırlaşır.
İsveç təmsilçisi işini bərk tutaraq matçdan iki gün əvvəl paytaxtımıza təşrif buyuracaq.
“Hekken”i gətirən təyyarə dekabrın 12-də günorta saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.
“Sarı-qaralar” Bakının dəbdəbəli otellərindən olan “Hyatt Regency”də məskunlaşacaq.
Oyundan bir gün əvvəl saat 18:15-də rəqib komandanın baş məşqçisi Per-Matias Höqmo Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.
Bundan yarım saat sonra “Hekken”in ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olan məşqi baş tutacaq.
Dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” qarşılaşması saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

