“Xunta rejimi Qarabağın verilməsinin (Azərbaycan Ordusu azad edib – red.) düzgün addım və Ermənistanın maraqlarına uyğun olduğu istiqamətdə fikirləri təlqin etdi”.
Bunu erməni tarixçi Vahe Sərkisyan yazıb.
O iddia edib ki, Qarabağın itirilməsindən sonra Ermənistanda daha böyük prosesə start veriləcək:
“Ermənistanın türkləşdirilməsinə başlamaq üçün müəyyən vasitələrdən istifadə olunur. Rusiyanın ölkədən qovulması, azərbaycanlıların Ermənistana qayıtması, türk kapitalının axını, Ermənistan Respublikasının ərazisinin Bakı-Ankara platformasına çevrilməsi və s. kimi planlar da buna daxildir”.

