Sosial şəbəkələrdə Katya Lelin 2004-cü ildə buraxılmış "My Marmelade" mahnısı gözlənilmədən aktiv şəkildə yayılıb.
Sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə bu mahnıya qısa videolar hazırlayırlar.
Bunu edənlərdən biri də jurnalist Sofiya Jikiya olub. O, bunu “Zenit”in məşqində reallaşdırıb.
Sankt-Peterburq təmsilçisinin ulduz futbolçusu Klaudinyo məşqdə rəqs edən jurnalisti görən zaman onun videosunun da iştirakçısı olmaq qərarına gəlib.
Braziliyalı yarımmüdafiəçi Sofiyanın arxasında gülməli formada rəqs etməyə başlayıb.
“Biz trendi bağlayırıq? Heç kim bu mahnıya Klaudinyodan yaxşı rəqs edə bilməz”, - deyə Jikiya videonu paylaşaraq yazıb.
Heybət

