Model Fernanda Kampos Neymarla San Pauloda lüks mənzildə gecələdiyini iddia edir.
Onun sözlərinə görə, bu, iyun ayında Braziliyada qeyd olunan sevgililər günündən əvvəl baş verib.
Fernanda Neymarın Bruna Biankardi ilə ayrıldığına düşünüb. Ona görə də onunla ünsiyyətə başlayıb.
Ertəsi gün o, Biankardi və Neymarın birlikdə fotolarını görüb və onların hələ də birlikdə olduqlarını anlayıb.

Kampos hətta Messinin onunla ünsiyyət qurmaq istədiyini iddia edir. Braziliyalı model deyir ki, Leo onun “İnstaqram” hekayəsini bəyənib və cavab olaraq onun şəklini bəyənməyə başlayıb.

Fernandanın dediyinə görə, qarşılıqlı bəyənmələr o yerə çatıb ki, Messi onunla harada və nə vaxt görüşə biləcəyini soruşmağa başlayıb.
O, niyə hər şeyin sadəcə yazışmalarla məhdudlaşdığını izah etməyib. Nəticədə hekayənin doğruluğu ilə bağlı çoxlu suallar yaranıb.
Heybət


.jpg)


