“Ölmüşdük, Prezidentimiz bizi diriltdi”

11 Dekabr 2023 20:30 Hadisə 773
“Ölmüşdük, Prezidentimiz bizi diriltdi”

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər- Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

“Qafqazinfo” bu münasibətlə Aqşin Bəbirovun anası Dürdanə Bəbirova ilə də əlaqə saxlayıb.

“Nə deyə bilərəm? Hər zaman sizlər yanımızda oldunuz. Prezidentimizə çox minnətdaram. Ölmüşdük, Prezidentimiz bizi diriltdi. Səsimizə səs verdi, fəryadımızı eşitdi”- deyə D.Bəbirova sevinc göz yaşlarına hakim ola bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti