Seçkinin vaxtı ilə bağlı qərar verdi - Mərkəzi Seçki Komissiyası

11 Dekabr 2023 12:10 Hadisə 722
Seçkinin vaxtı ilə bağlı qərar verdi - Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.

Bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti