Sevil Gəncə terrorunda onu xilas edən oğlanla evləndi - FOTOLAR

9 Dekabr 2023 19:30 Hadisə 1 131
Sevil Gəncə terrorunda onu xilas edən oğlanla evləndi - FOTOLAR

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.

Bu barədə aparıcı Lalə Azərtaş instaqram hesabında bildirib.

Sevilin ailə qurduğu gənc onu terror hadisəsi yaşanan gecə dağıntılar altından çıxaran Talış adlı şəxsdir. O həm də Sevilin sinif yoldaşı olub.

2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti