“Qalatasaray”ın başqanı azərbaycanlı uşağın arzusunu yerinə yetirdi - VİDEO+FOTO

8 İyun 2023 11:40 Hadisə 1 243
“Qalatasaray”ın başqanı azərbaycanlı uşağın arzusunu yerinə yetirdi - VİDEO+FOTO

Bu mövsüm Türkiyə Super Liqasında çempion "Qalatasaray" oldu.

Azərbaycanda da "Cim-Bom" azarkeşləri çoxdur.

7-dən 77-yə bu kluba fanatlıq edən, "sarı-qırmızılılar"a könül verən milyonlarla fanat var.

Onlardan biri də Heydər Əliyev Liseyinin 2-ci sinif şagirdi Ehtimad Nəsiblidir. Bugünlərdə doğum gününü qeyd edən azyaşlı

"Cim-Bom" fanatına ən böyük, gözlənilməz hədiyyə isə "Qalatasaray" prezidenti Dursun Özbekdən gəlib.

İstanbul klubunun başqanı Ehtimada Sportinfo.az vasitəsilə öz təbriklərini çatdırıb:

"Əzizim, Ehtimad! Doğum gününü qeyd edirsən. Sağlam böyü, Azərbaycanda "Qalatasaray" azarkeşlərinin daha da çoxalmasında yaxından iştirak et,

"Cim-Bom"lu olmasına vasitəçilik et. "Qalatasaray"lı olmağınla qürur duy. Təbrik edirəm, doğum günün mübarək olsun, Ehtimadım mənim".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!