
Daxili işlər orqanlarında kadr təyinatı olub.
Sportinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, cüdo üzrə dünya çempionu, Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.
O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.
Mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu. O, yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.
Mövlud Mirəliyev bundan öncə Şəmkir və Göygöl rayonlarının Olimpiya Komplekslərinə rəhbərlik edib.