"Laçın" sərhədində erməni hərbçi geri göndərildi - ŞOK!

8 İyun 2023 03:20 Hadisə 479
"Laçın" sərhədində erməni hərbçi geri göndərildi - ŞOK!

"Bəzi məlumatlara görə, azərbaycanlılar dünən hərbçi olan sərnişinlərdən birini (Laçın) keçid məntəqəsindən (Qarabağa) keçməyə imkan verməyiblər. Bu o deməkdir ki, onların müvafiq məlumat bazası var".

Bu barədə İrəvanın "Hraparak" nəşri yayıb.

Qarabağ ermənilərini Laçın NBM-indən istifadə etməməyə çağıran qəzet yazır ki, bu vəziyyət onlar üçün acınacaqlı reallıqdır.

"Rusiya sülhməramlıları və Rusiya faktoru artsaxda (Qarabağda) hər hansı rol oynamağı tamamilə dayandırıb".

Nəşr qeyd edir ki, buranın erməniləri azərbaycanlılarla üzbəüz qalıb və onlar Ermənistan hakimiyyətindən də kömək gözləyə bilməzlər, çünki onların Qarabağla bağlı siyasəti artıq heç kim üçün sirr deyil.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"