AFFA-nın önəmli şəxsi: "Gələn il köklü şəkildə dəyişiklik edəcəyik, indiki artıq köhnəlib"

26 May 2023 01:10 Hadisə 733
AFFA-nın önəmli şəxsi: "Gələn il köklü şəkildə dəyişiklik edəcəyik, indiki artıq köhnəlib"

Zaman-zaman İntizam Komitəsinin bəzi qərarları istər cəzalananlar, istər futbol ictimaiyyəti, futbolçular, məşqçilər, istərsə də futbola aidiyyatı olan şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

Bəzilərinin yanlış qərarlar olduğu düşünüldüyü halda, normal qəbul edənlər də var.

Təbii ki, bunlar hamısı İntizam Komitəsinin əsasnaməsindəki boşluqlarla əlaqədardır. Komitə nə qədər şəffaf qərarlar çıxarmağa çalışsa da, indiki məcəllədə yer alan bir sıra bəndlər cəzalananlar tərəfindən narazılıqla qarşılanır.

Ancaq belə problemlərin yaxın vaxtlarda aradan qaldırılacağı gözlənilir.

Məsələ burasındadır ki, AFFA-nın İntizam Komitəsinin qərar çıxararkən istinad etdiyi məcəllə başdan-ayağa, tamailə dəyişdiriləcək.

Sportinfo.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında İntizam Komitəsinin sədri Erkin Hüseynov bildirib:

"Gələn il İntizam Komitəsinin məcəlləsi tam, köklü şəkildə dəyişdiriləcək. Bununla bağlı çıxışım da olacaq.

2023/2024 mövsümü üçün yeni məcəllə hazırlanacaq. İndiki məcəllə artıq köhnəlib.

Orada təkrar maddələr, əsassız şeylər var. Boşluqlar həddindən artıqdır. Bununla bağlı, hətta məqaləm də var.

Bir neçə ay əvvəl bildirmişdim ki, əsaslı dəyişikliklərə ehtiyac var. Artıq yeni məcəllə hazırdır.

Hüquqşünaslar tərəfindən araşdırılandan sonra gələn mövsüm üçün qüvvəyə minəcək. Qısa zamanda hazırlamağa çalışırıq ki, klublara da təqdim edə bilək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular