
Azərbaycanın rayonlarında futbola maraq böyükdür.
Premyer Liqa, I Divizion və Region Liqasının statistikasına baxsaq, ən çox azarkeş sayı bölgələrdə keçirilən oyunlarda qeydə alınır.
Xaçmazda nə peşəkar, nə də həvəskar statuslu komanda var. Bu şimal rayonunda futbola sərmayə yatırmaq istəyən iş adamı tapılmır.
Amma bu, sadə insanların idmanın “şah”ına marağını azaltmır. Gördüyünüz bu foto da Xaçmazda çəkilib.
Rayonun kəndlərarası çempionatını izləmək üçün stadiona 3000 nəfərdən artıq tamaşaçı toplaşıb.
SPORTİNFO.AZ