
“Növbəti mövsümdə çempionatlarda iştirak etmək üçün AFFA-da aidiyyatı şəxslərlə görüşüm olub”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa”nın əlaqələndiricisi Tural Rzayev deyib.
Azərbaycanda 18 öncə bağlanmış klub fəaliyyətini bərpa edib. Söhbət “Şəfa”dan gedir.
“Şəfa” 1997-ci ildə Bakı şəhərində yaradılıb. Müxtəlif vaxtlarda “U-18” və “Şəfa” adları ilə 8 dəfə yüksək liqada iştirak edib.
2001-ci ildə Azərbaycan Kubokunun qalibi olub. Həmin ildə UEFA Kubokunda mübarizə aparıb.
Artıq “Şəfa” fəaliyyətini yeni imicdə, yeni loqo və konseptdə davam etdirəcək.
2005-ci ildə tarixin yaddaşına qovuşan və yalnız 18 ildən sonra bərpa olunan klubun yaxın gələcəklə bağlı ciddi planları var:
“İmkanlarımızı və planlarımızı AFFA-ya bildirdim. Lazım olan dəstəyin veriləcəyini dedilər.
U-9, U-10, U-11, U-12, U-13 və U-14 komandalarımız növbəti mövsümdən etibarən müvafiq yaş qruplarından ibarət çempionatlarda iştirak etməlidir.
Bu gün üçün 6 yaş qrupu ilə fəaliyyətə başlayırıq, inşallah, 2024-cü ildə U-15 komandası da yaradılacaq və çempionata qatılacaq.
Növbəti il üçün “Şəfa”nın Region Liqasında çıxış etməsi də qarşımızda duran əsas hədəfdir”.