
Sabiq FİFA referisi Əfqan Həmzəyev yeni vəzifəyə təyin olunub.
Sportinfo.az xəbər verir ki, keçmiş hakim Ağcabədi Olimpiya İdman kompleksinə direktor təyin olunub.
Bu barədə o, şəxsi "feysbuk" səhifəsində məlumat bölüşüb.
O açıqlamasında, "Əziz dostlar! Mənim həyatımda və karyeramda baş verən sevindirici bir xəbəri bölüşmək istəyirəm.
Gənclər və İdman naziri cənab Fərid Qayıbovun əmri ilə Ağcabədi Olimpiya İdman kompleksinə direktor təyin olundum.
Mənə etimad göstərən hörmətli nazirimizə və mənə dəstək olan hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Allah utandırmasın inşallah! Amin!" - sözlərindən istifadə edib.
Həmzəyev Azərbaycan Premyer Liqasında və beynəlxalq arenalarda, bir çox oyunlar idarə edib. O, həmçinin çimərlik futbolunda və futzalda da fəaliyyət göstərib.