“Futbolu tərk etməyimin vaxtı çatdığını hiss elədim" - Özil karyerasını başa vurdu

22 Mart 2023 18:40 Hadisə 300
“Futbolu tərk etməyimin vaxtı çatdığını hiss elədim" - Özil karyerasını başa vurdu

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi rəsmi tvitter hesabında paylaşım edib.

Real Madrid forması ilə fotosunu paylaşan Özil bu sözləri yazıb:“Uzun fikirlərdən sonra futbolu tərk etdiyimi elan edirəm. 17 ildir peşəkar futbolçu olmaq bir şərəf idi.

Bu fürsətə görə minnətdaram. Amma son həftələrdə və aylarda uzun müddətli zədələr aldım. Futbolu tərk etməyimin vaxtı çatdığını hiss etdim”.

Mesut Özil Türkiyədə "Başakşehir", "Fənərbağça", Almaniya "Şalke", "Verder" İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib.

O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti